• HADİSƏ

    03:29 27 aprel 2019

Aktrisa Mehriban Xanlarova qəzaya düşüb - YENİLƏNİB

Aktrisa Mehriban Xanlarovanın düşdüyü yol qəzası ilə bağlı bəzi təfərrüatlar məlum olub.

ONA-nın verdiyi xəbərə görə, yol qəzasında M.Xanlarovadan başqa daha iki nəfər - aktrisanın rəfiqəsi, 1958-ci il təvəllüdlü Əliyeva Solmaz Kamal qızı və 4 yaşlı Əsgərzadə Sevda Tariyel qızı xəsarət alıb.

Yaralılar 1 saylı Xəstəxanaya yerləşdirilib. Ayağı sınan aktrisaya və azyaşlıya lazımi tibbi yardım göstərildikdən sonra hər ikisi evə buraxılıb.

Hadisənin təfərrüatları Baş Dövlət Yol Polis İdarəsi tərəfindən araşdırılır.

***

Saat 21:37

Aktrisa Mehriban Xanlarova yol qəzası keçirib.

ONA-nın xəbərinə görə, hadisə Bakının Qaradağ rayonu, Səngəçal qəsəbəsində baş verib.

Hadisə nəticəsində aktrisanın ayağı sınıb. Onun yanında sərnişin qismində rəfiqəsi də olub, həmin qadın isə kəllə-beyin travması alıb.

Hər iki yaralı özəl xəstəxanaların birinə yerləşdirilib.

Avtoqəzanın təfərrüatları araşdırılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR