• HADİSƏ

    17:02 6 may 2020

Ali Məhkəmə sədrinin müavini və məhkəmə kollegiyalarının sədrləri təyin olunub

Prezident İlham Əliyev Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavininin və məhkəmə kollegiyaları sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

ONA xəbər verir ki, sərəncama əsasən, Çingiz İsgəndər oğlu Əsgərov Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini təyin edilib.

Hafiz Qənbər oğlu Nəsibov Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri, Xəqani Səyyad oğlu Məmmədov Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının sədri, Kəmalə Nəbi qızı Abiyeva Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının sədri, Sənan Firudin oğlu Hacıyev Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri təyin ediliblər.

Prezident İlham Əliyev Ali Məhkəmənin Cinayət Kollegiyasının və Mülki Kollegiyasının sədrlərinin vəzifələrindən azad olunması barədə də Sərəncam imzalayıb.

Sərəncama əsasən, Şahin Yaşar oğlu Yusifov Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri, Şəlalə Ağakərim qızı Məmmədova Mülki Kollegiyasının sədri vəzifələrindən azad ediliblər.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR