• HADİSƏ

    04:22 6 aprel 2019

“Altes Plaza”da yanğın baş verib - VİDEO

Bakının Yasamal rayonu İsmayıl bəy Qutqaşınlı küçəsində yerləşən “Altes Plaza”nın 8-ci mərtəbəsində yanğın baş verib.

ONA xəbər verir ki, yanğın məişət tullantıları olan eyvanda başlayıb.

Hadisə yerinə 3 yanğınsöndürən texnika və canlı qüvvə cəlb olunub.

Yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı alınıb, alovun evin içərisinə keçməsinə imkan verilməyib.

“Altes Plaza”nın təhlükəsizlik xidmətinin rəisi ONA-ya bildirib ki, yanğın eyvana atılmış siqaret kötüyündən başlayıb.

Hadisə zamanı evdə heç kəs olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Nurlan Əli

Aytən

Teqlər:

SON XƏBƏRLƏR