Zəfər Günü ilə bağlı imzalanan Amnistiya Aktı ümumilikdə 15 450 nəfərə tətbiq olunub.
APA xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov deyib.
O qeyd edilib ki, 8626 nəfər cəzadan azad edilib, 6489 nəfərin cəzası azaldılıb, 332 nəfərin cinayət təqibinə xitam verilib.
Malik Ələkbərov onu da deyib ki, Amnistiya aktı 735 qadına, 45 yetkinlik yaşına çatmayana, 491 nəfər 60 yaşına çatmış şəxsə, 83 əcnəbi vətəndaşa şamil edilib.