• HADİSƏ

    18:51 24 aprel 2019

“Antalya Mehman” ləqəbli qadın alverçisinin məhkəməsi başlayır

Fahişəliyə cəlb etmədə təqsirləndirilən Mehman Həsənov, Baxşəli Qəhrəmanov və Güləndam Murtuzovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

ONA-nın xəbərinə görə, cinayət işi materialları baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Hakim Babək Pənahovun sədrliyi ilə keçiriləcək hazırlıq iclasının vaxtı yaxın günlərdə məlum olacaq.

Qeyd edək ki, bu ilin yanvarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində masaj salonu adı altında fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvaları təşkil edən 1984-cü il təvəllüdlü Güləndam İsrail qızı Murtuzova prokurorluqda aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. Araşdırmalar nəticəsində Güləndam Murtuzovanın işində yeni hallar üzə çıxıb. Belə ki, Güləndamın administrator işlədiyi əxlaqsız yuvalarının fəaliyyətinə Həsənov Mehman Telman oğlu və Qəhrəmanov Baxşəli Abdulla oğlunun rəhbərlik etdiyi məlum olub.

Həmin şəxslər saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib.

Xatırladaraq ki, Mehman Həsənov “Antalya Mehman” ləqəbi ilə tanınır.

Teqlər:

SON XƏBƏRLƏR