Şabranda antibiotik vurulan uşağın ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Şabran rayon Prokurorluğundan ONA-nın yerli bürosuna verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Şabranda 7 yaşlı Gülnur Dadaşova antibiotik vurulduqdan sonra dünyasını dəyişib.
Vəli Turan