APA Agentliyinə məxsus www.apa.az web səhifəsi bir müddət əvvəl “phishing” (fişinq) olunub.
Səhifədə APA-da heç vaxt yayımlanmayan və SOCAR-a qarşı təxribat xarakteri daşıyan məlumat yerləşdirilib. Tamamilə başqa domen altında yerləşdirilmiş “phishing”in məqsədi vətəndaşları səhm almaq adı altında aldatmaqdır. APA-nın dizayn, logo və stilindən istifadə edilməsinin, müxbir imzasına qədər səhifənin “phishing” edilməsinin səbəbi isə agentliyin inanılmış və etibarlı informasiya mənbəyi kimi qəbul edilməsidir.
APA Media Group qeyd edir ki, şirkət əməkdaşları mayın 11-də bu barədə məlumatlı olublar və dərhal Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Elektron Təhlükəsizlik Xidmətinə rəsmi müraciət edilib.
Müraciətdə APA və SOCAR adından sui-istifadə edilərək, saxta xəbər yayan web saytla bağlı araşdırma aparılması və tədbir görülməsi xahiş edilib.
APA Media Group bir daha oxucuları diqqətli olmağa, yalan məlumatlara inanmamağa çağırır.
Şirkət bir daha qeyd edir ki, APA-nın rəsmi web ünvanı www.apa.az domenidir.