Ötən ay ANAMA tərəfindən 2 ədəd piyada, 10 ədəd tank əleyhinə mina zərərsizləşdirilib.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) ONA-ya verilən xəbərə görə, 2019-cu ilin aprel ayı ərzində Agentlik tərəfindən Ağdam, Ağstafa, Cəbrayıl, Füzuli, Xızı, Qazax, Lənkəran, Şəmkir, Tərtər, Tovuz, Yevlax, Zaqatala rayonları, Bakı, Gəncə, Sumqayıt və Lənkəran şəhərləri ərazisində 463,789 m² (46.38 ha) ərazi yoxlanılmış, 403 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd piyada əleyhinə mina, 10 ədəd təlim məqsədli tank əleyhinə mina və 8,356 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək zərərsizləşdirilib.
Əməliyyatlarda 474 nəfər əməliyyat heyəti, 131 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edir.
İndiyədək cəmi 533,899,219 m² (53,389.92 ha) ərazi təmizlənib, 803,299 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.
Müraciətlər əsasında 23 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Füzuli, Xızı, Qazax, Lənkəran, Şəmkir, Tərtər, Tovuz, Yevlax, Zaqatala rayonları, Bakı, Gəncə, Sumqayıt və Lənkəran şəhərləri ərazisində 13,280 kv.m ərazi yoxlanılıb, 263 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd piyada əleyhinə mina, 10 ədəd təlim məqsədli tank əleyhinə mina və 8,356 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq məhv edilib.
2019-cu ilin aprel ayı ərzində 1 (bir) mina/PHS hadisəsi (minadan zərərçəkmə) qeydə alınıb.