Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirləndirilən Müxalif Balayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
ONA xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, M. Balayev 15 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu il yanvarın əvvəlində Bakının Xəzər rayonu ərazisində baş verib. Rayonun Türkan qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş, 1968-ci il təvəllüdlü M.Balayev həyat yoldaşı, 1980-ci il təvəllüdlü C.Balayeva ilə mübahisə edib. Mübahisə nəticəsində M.Balayev C.Balayevanı bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb.