• HADİSƏ

    07:54 16 aprel 2019

Ceyranbatanda bıcaqlanma baş verib

Sumqayıtda 37 yaşlı kişini kürəyindən bıçaqlayıblar.

ONA-nın yerli bürosunun məlumatına görə, ötən gecə şəhərin Ceyranbatan bağlar massivində bıçaqlanma hadisəsi olub.

Belə ki, 1982-ci il təvəllüdlü Ağayev Razi Şükür oğlunu tanımadığı şəxs bel nahiyəsindən bıçaqlayıb.

Yaralı dərhal xəstəxanaya aparılaraq cərrahi əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR