• HADİSƏ

    15:49 13 aprel 2019

Astara sakinində odlu silah aşkarlanıb

Astarada 42 yaşlı kişidən tüfəng və bıçaq tapılıb.

ONA-nın cənub bürosunun verdiyi məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Məscidməhəllə kənd sakini, əvvəllər məhkum olunmuş 1977-ci il təvəllüdlü Ramil Həsənov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı müvafiq sənədləri olmayan, lüləsi və qundağı kəsilmiş “İJ-16” markalı tüfəng və 1 ədəd bıçaq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Tural Kərimov

Kəmalə

Teqlər:

SON XƏBƏRLƏR