Astarada qadın su quyusuna düşərək boğulub.
ONA-nın cənub bürosunun verdiyi məlumata görə, rayonun Artupa kənd sakini, 1984-cü il təvəllüdlü Kazımova Xəyalə Ədalət qızı yaşadığı evin yaxınlığındakı su quyusuna düşərək boğulub. Dörd uşaq anası olan X.Kazımovanın ehtiyatsızlıqdan su quyusuna yıxıldığı ehtimal olunur.
Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.
Tural Kərimov