• HADİSƏ

    10:14 2 iyun 2019

Astarada "Niva" aşıb, 15 yaşlı qız ölüb - YENİLƏNİB

Astarada baş verən ağır yol qəzası ölümlə nəticələnib.

ONA-nın cənub bürosunun verdiyi məlumata görə, rayonunun dağ kəndlərindən olan Təxtənəkəran kəndi ərazisində, 1970-ci il təvəllüdlü Əbülfət Nurməmməd oğlu Səfərovun idarə etdiyi "Niva" markalı avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə sürücü ilə birgə 4 sərnişin - 1974-cü il təvəllüdlü Səringül Cəlal qızı Səfərova, 1980-ci il təvəllüdlü Nazim Həzrət oğlu Şahmuradov, 2004-cü il təvəllüdlü Aytac Əbülfət qızı Səfərova və 2004-cü il təvəllüdlü Aytəkin Əbülfət qızı Səfərova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Vəziyyəti daha ağır qiymətləndirilən Aytəkin Səfərova vəfat edib.

***

saat 08.37

Astarada ağır yol qəzası baş verib.

ONA-nın cənub bürosunun verdiyi məlumata görə, qəza rayonunun Bakı-Astara yoluna yaxın olan Vaqo kəndində qeydə alınıb.

Hadisə nəticəsində 5 nəfər xəsarət alıb və Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ancaq yaralılardan birinin vəziyyəti daha ağırdır.

Yol qəzasının təfərrüatları araşdırılır.

Tural

Teqlər:

SON XƏBƏRLƏR