• HADİSƏ

    14:57 18 aprel 2019

Astarada avtomobil dərəyə aşıb

Astarada avtomobil dərəyə aşıb.

ONA-nın cənub bürosunun verdiyi məlumata görə, rayonun Deqədi-Pəlikeş avtomobil yolunda 1978-ci il təvəllüdlü Loğman Eyvazovun idarə etdiyi “UAZ” markalı avtomobilin dərəyə aşması nəticəsində sürücü və sərnişin, 1953-cü il təvəllüdlü Sürəyya Verdiyeva xəsarət alıblar.

Onların hər ikisi Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Gülşən

Teqlər:

SON XƏBƏRLƏR