• HADİSƏ

    00:11 10 mart 2020

Astarada avtomobilin körpüdən aşması nəticəsində ölən sürücünün adı məlum olub - FOTO - YENİLƏNİB

Astarada avtomobilin körpüdən aşması nəticəsində ölən şəxsin kimliyi məlum olub.

APA-nın cənub bürosunun məlumatına görə, 1967-ci il təvəllüdlü Cəlilabad sakini Fazil Ağarəhim oğlu Quliyevin idarəetməni itirməsi nəticəsində 99-SF-033 dövlət qeydiyyat nömrə nişanlı "Lexus" markalı avtomobil körpüdən aşaraq su arxına düşüb.

Nəticədə sürücü dünyasını dəyişib. FHN-in Cənub Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin 6 nəfər canlı qüvvəsi xüsusi alət və avadanlıqların köməyilə deformasiyaya uğramış avtomobildən sürücünün meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

***

Saat 23:55

Astara rayonunda avtomobil körpüdən aşıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Ələt-Astara avtomobil yolunun Astaranın Şahağacı kəndi ərazisindən keçən hissəsində baş verib.

"Lexus" markalı avtomobil idarəetmədən çıxaraq körpüdən aşıb. İlkin məlumata görə, nəticədə 1 nəfər ölüb.

Hazırda ölən şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural

Teqlər:

SON XƏBƏRLƏR