• HADİSƏ

    00:26 23 may 2019

Astarada avtoxuliqanlıq edən şəxs saxlanılıb - FOTO

Astarada avtoxuliqanlıq edən şəxs məsuliyyətə cəlb olunub.

ONA-nın cənub bürosunun verdiyi məlumata görə, Astara Rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq cəmiyyətə qarşı açıq hörmətsizlik edən, eləcə də piyadalara və yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılıb.

Belə ki, Astara şəhər sakini Vüsal Hüseynov "Mercedes" markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. İntizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan həmin şəxs barəsində Astara RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün Rayon Məhkəməsinə göndərilib.

Tural

Teqlər:

SON XƏBƏRLƏR