• HADİSƏ

    13:11 13 may 2019

Astarada çayın suyunu çirkləndirənlərlə mübarizə üçün müşahidə kameraları quraşdırılacaq - VİDEO

Astarada çayın suyunu çirkləndirənlərə qarşı mübarizədə ümid müşahidə kameralarına qalıb.

ONA-nın cənub bürosunun məlumatına görə, Astaranın 10-a yaxın kəndindən keçən Pensər çayının suyundan əvvəllər yerli sakinlər məişətdə geniş istifadə edib. Hətta balıqla zəngin olduğu üçün qonşu rayonlardan da bura balıq tutmağa gələnlərin sayı-hesabı olmayıb.

Son illər Pensər çayının insanlar tərəfindən çirkləndirilməsi isə sahilboyu əraziləri acınacaqlı vəziyyətə salıb. Yəqin ki, zibilləri çay sahilinə tökənlər də, ondan əziyyət çəkənlər də elə ətrafda yaşayan sakinlərdir. Kəndlilərin sözlərinə görə, tullantılar əsasən axşam saatlarında gizli şəkildə əraziyə tökülür. Ona görə də bunun qarşısını almaq mümkün olmur.

Məsələ ilə bağlı kənd bələdiyyəsindən bildirilib ki, ərazidə dəfələrlə təmizləmə işlərinin aparılması mövcud vəziyyəti müsbətə doğru dəyişməyib. Yaxın günlərdə sahilboyu ərazilərdə təmizlik işləri aparılacaq. Əraziyə nəzarətin gücləndirilməsi məqsədilə bəzi yerlərdə müşahidə kameralarının quraşdırılması da istisna edilmir.

Tural

Teqlər:

SON XƏBƏRLƏR