• HADİSƏ

    20:56 7 iyul 2019

Astarada ər arvadını bıçaqlayıb

Astarada ər arvadına 5 bıçaq zərbəsi vurub.

ONA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Kolatan kəndində baş verib. Kənd sakini, 1982-ci il təvəllüdlü Ramin Cəfər oğlu Quliyev həyat yoldaşını atası evində bıçaqlayıb.

Döş qəfəsindən bıçaq xəsarətləri alan 1983-cü il təvəllüdlü Elazə Şirməmməd qızı Quliyeva dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Əməliyyatdan sonra Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural

Teqlər:

SON XƏBƏRLƏR