• HADİSƏ

    14:32 11 may 2019

Astarada keçmiş məhkumdan külli miqdarda narkotik götürülüb

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 6 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan ONA-nın cənub bürosuna bildirilib ki, Astara RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Mahir Əliyev saxlanılıb.
Onun əlindəki idman çantasının içərisindən 5 ədəd bükümdə ümumi təmiz çəkisi 6 kiloqram 50 qram olan narkotik vasitə tiryək aşkarlanaraq götürülüb. M.Əliyev ifadəsində narkotik vasitənin İran İslam Respunlikası vətəndaşı olan Rəsul adlı şəxs vasitəsilə Respublika ərazisinə keçirildiyi bildirib və içində narkotik olan idman çantasını şəhər ərazisindəki kafelərdən birinin arxasındakı manqalın altında əvvəlcədən qoyulmuş yerdən götürdüyünü bildirib.
Faktla bağlı araşdırma aparılır.

Tural

Teqlər:

SON XƏBƏRLƏR