• HADİSƏ

    21:41 10 mart 2021

Astarada qohumlar arasında mübahisə qətllə nəticələnib

Astarada qətl hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Şəmətük kəndində qeydə alınıb.

1994-cü il təvəllüdlü Amil Ağayevlə 1991-ci il təvəllüdlü Musa Ağayev arasında yaranmış mübahisə hər ikisinin bıçaqlanması ilə bitib. M.Ağayev aldığı xəsarətdən hadisə yerində keçinib. A.Ağayev isə ayaq nahiyəsindən bıçaq xəsarəti alıb. Onların əmioğlu olduğu bildirilir.

Faktla bağlı istintaq araşdırmaları aparılır.

Tural

Teqlər:

SON XƏBƏRLƏR