• HADİSƏ

    15:36 6 aprel 2019

Astarada yol qəzası zamanı bir nəfər ölüb

Astarada yol qəzası zamanı bir nəfər ölüb

Astarada bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Pəlikeş kəndində "Ağ körpü" kimi tanınan ərazidə baş verib. Tüləgivan kənd sakini Ədalət Şəkərovun idarə etdiyi UAZ markalı avtomobil yoldan çıxaraq dərəyə yuvarlanıb. Sürücü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilərkən yolda keçinib. Qəza zamanı avtomobildə olan sərnişinlər digər sərnişinlər, 1980-ci il təvəllüdlü Müqəddəs Eyvazov və 1985-ci il təvəllüdlü Ceyhun Gülməmmədov isə xəstəxananın travmatologiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Tural Kərimov

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR