• HADİSƏ

    22:10 6 oktyabr 2019

Astarada yol qəzasında 3 nəfər xəsarət alıb, birinin vəziyyəti ağırdı


Astarada minik və yük avtomobilinin toqquşması nəticəsində sürücü və sərnişinlər xəstəxanaya yerləşdiriliblər.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, qəza köhnə Ələt-Astara magistral yolunun rayonun Təngərüd kəndindən keçən hissəsində baş verib.

Kənd sakini, sürücü - 1994-cü il təvəllüdlü Əhməd Sabutay oğlu Əsgərov 90-MR-526 dövlət nömrə nişanlı "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən yoluna çıxan iribuynuzlu heyvan onun idarəetməni itirməsinə səbəb olub. Sonra minik maşını qarşıdan gələn həmkəndlisi, 1965-ci il təvəllüdlü Arzu Əlislam oğlu Əsgərovun idarə etdiyi 99-GE-476 dövlət nömrə nişanlı "Ford" markalı yük maşını ilə toqquşub.

Toqquşma nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. "Mercedes"in sürücüsü Ə.Əsgərov və sərnişin, 1993-cü il təvəllüdlü Ramiz Pərviz oğlu Əsgərov Reanimasiya şöbəsinə yerləşdirilib.

Vəziyyəti daha ağır qiymətləndirilən R.Əsgərov üçün Bakıdan həkim briqadası çağırılıb. Digər yaralı, "Ford"un sərnişini, 1972-ci il təvəllüdlü Kəmalə Şair qızı Allahverdiyevanın müalicəsi isə Travmatologiya şöbəsində davam etdirilir.

Qeyd edək ki, qəzaya düşən Təngərüd kənd sakinləri qohumdurlar.

Faktla bağlı araşdırma aparılır.

Tural

Teqlər:

SON XƏBƏRLƏR