"İctimai nəqliyyatda sürücüyə qarşı xüliqanlıq hərəkətləri törətməkdə şübhəli bilinən şəxs müəyyən olunub”.
Bakı şəhər Baş Polis İdarəsin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Abeşeron rayon sakini, 1993-cü il təvəllüdlü Anar Nehmətli saxlanılıb.
Qeyd olunan hərəkətlərdə xırda xüliqanlıq, polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama maddələrinin tərkib əlamətləri olduğuna görə fakta görə İnzibati Xətalar Məcəlləsinin 510, 535-ci maddələri ilə onun barəsində toplanmış matereallar baxılması Nərimanov rayon məhkəməsinə göndərilib.
Nərimanov Rayon Məhkəməsində avtobus sürücüsünü vurmaqda təqsirləndirilən Anar Nehmətlinin məhkəmə prosesi keçirilib.
Daxili işlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məhkəmənin qərarı ilə Anar Nehmətli 30 gün müddətinə həbs olunub.