• HADİSƏ

    15:42 21 may 2019

Avtobusla qadını vurub öldürən sürücü məhkəmə zalında həbs edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən qəza törətməkdə ittiham edilən Bəxtiyar Həmzəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

ONA-nın xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən B.Həmzəliyev 6 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və o məhkəmə zalından həbs edilib.

Xatırladaq ki, hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsi baş verib. Qəsəbə sakini Bəxtiyar Həmzəliyev idarə etdiyi “İsuzu” markalı xətt avtobusu ilə yolu keçən həmyerlisi Mehriban Ağaverdiyevanı vurub. Piyada hadisə yerində dünyasını dəyişib.

Etibar

Teqlər:

SON XƏBƏRLƏR