• HADİSƏ

    22:14 28 iyun 2019

Avtomobilin vurduğu piyada hadisə yerində dünyasını dəyişdi


Göyçayda "VAZ 2109" markalı minik avtomobili yolu keçən piyadanı vurub.
APA -nın yerli bürosunun xəbərinə görə hadisə bu gün axşam saat 21:30 radələrində Göyçay şəhərinin Mehdi Hüseynzadə küçəsində qeydə alınıb.
Yaralı hadisə yerində dünyasını dəyişib. Hadisə yeni baş verdiyi üçün ölən şəxsin kimliyi hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.

Şahnəzər

Teqlər:

SON XƏBƏRLƏR