• HADİSƏ

    13:30 17 may 2019

Avtomobilində silah gəzdirən Ucar sakini saxlanılıb

Ucar rayon sakinindən müxtəlif təyinatlı silahlar aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya veriləın məlumata görə, Ucar rayon sakini P.Məmmədovun idarə etdiyi avtomobildən tapança və digər soyuq silahlar aşkar edilib.

Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Ucar rayon sakini P.Məmmədovun idarə etdiyi “Hyundai” markalı avtomobildə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan “Mİ 1911 Aİ Asak” markalı tapança, 1 ədəd patron darağı, 10 ədəd patron, 2 ədəd bıçaq və 1 ədəd balta aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam edir.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR