• HADİSƏ

    15:40 22 mart 2019

Axtarışda olan Balakən sakini saxlanılıb

Axtarışda olan Balakən sakini saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan ONA-nın şimal-qərb bürosuna verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 ( Oğurluq- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 177.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə axtarışda olan Balakən rayonunun Tülü kənd sakini 40 yaşlı Etibar Bayramov saxlanılaraq istintaqa təhvil verilib.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR