• HADİSƏ

    11:40 25 dekabr 2024

AZAL-ın Bakı-Qroznı sərnişin təyyarəsi qəzaya uğrayıb

AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi qəzaya uğrayıb.

APA xəbər verir ki, təyyarə Xəzər dənizi üzərində “SOS” siqnalı verib.

Daha sonra məcburi eniş etmək üçün Qazaxıstana istiqamət alan təyyarə Aktau aeroportunda qəzaya uğrayıb.

İlkin məlumata görə, təyyarədə 67 sərnişin, 5 ekipaj üzvü olub.

AZAL-dan APA-ya bildirilib ki, “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

Qazaxıstanın Aktau şəhəri yaxınlığında təyyarənin qəzaya uğradığı yerdə yanğının söndürülməsi üçün 52 yanğınsöndürən və 11 texnika cəlb olunub.

APA xəbər verir ki, Qazaxıstan Fövqəladə Hallar Nazirliyi bildirib.

Hazırda zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir. İlkin məlumata görə, sağ qalanlar var.

Fövqəladə Hallar Nazirliyinin (FHN) fəaliyyət göstərdiyi Komanda Mərkəzində respublika operativ qərargah yaradılıb.
Qaynar xətt telefon nömrəsi: 8/7292/319099.

ONA

Teqlər:

SON XƏBƏRLƏR