Azərbaycan 19 məhbusu İrana təhvil verib
  • HADİSƏ

  • 11:57 27 May 2020

Azərbaycan 19 məhbusu İrana təhvil verib

Azərbaycandakı 19 iranlı məhbus İrana təhvil verilib.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın ədliyyə nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Mahmud Aabbasi deyib.

O qeyd edib ki, əksəriyyəti narkotik qaçaqmalçılığına görə həbs edilmiş məhbusların təhvil verilməsi Astara sərhəd-keçid məntəqəsində bu gün baş tutub. Ölkəyə qaytarılmış məhbuslar həbs müddətinin qalanını İranda zindanda keçirəcək. Məhbuslar İranın Xarici İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Azərbaycan Respublikası aidiyyəti qurumları ilə müzakirələri nəticəsində İrana təhvil verilib.

 

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR