• HADİSƏ

    17:14 17 aprel 2019

"Azərbaycan Dəmir Yolları” QSC-dən oğurluq edən şəxsin məhkəməsi başlayır

Oğurluqda təqsirləndirilən İbrahim Abbasovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

ONA-nın xəbərinə görə, cinayət işi materialları araşdırılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.

İşə hakim İlqar Abbasovun sədrliyi ilə baxılacaq. İş üzrə zərərçəkmiş şəxs qismində "Azərbaycan Dəmir Yolları” QSC tanınıb.

Qeyd edək ki, ötən ilin noyabrın 19-da "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus təmir və yenidənqurma işlərinin aparıldığı Sabunçu stansiyasının ərazisindən 5 metr hündürlükdəki mis tərkibli rabitə xəttinin oğurlanması barədə Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə məlumat verilib. Keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən İmişli rayon sakini İbrahim Abbasov oğurladığı naqili metal qəbulu məntəqəsinə satmaq istəyən zaman saxlanılaraq məsuliyyətə cəlb edilib. Araşdırma zamanı onun stansiyaya məxsus 80 metr naqili oğurladığı məlum olub.

Etibar

Teqlər:

SON XƏBƏRLƏR