• HADİSƏ

    12:21 10 aprel 2019

Azərbaycan məhkəmələri ötən il 62 mindən çox inzibati işə baxıb

Azərbaycan məhkəmələri ötən il 62 mindən çox inzibati işə baxıb.

Dövlət Statistika Komitəsindən ONA-ya verilən məlumata görə, 2018-ci ildə birinci instansiya məhkəmələrində inzibati xətalara dair 62113 işə baxılıb ki, bu da 2017-ci ilin göstəricisindən 10,9 faiz çoxdur. Onların 61,8 faizi idarəçilik qaydaları, 5,3 faizi mülkiyyət, 4,8 faizi ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat, 4,6 faizi yol hərəkəti qaydaları, 4,0 faizi sağlamlıq, 0,9 faizi gömrük qaydaları, 0,8 faizi iqtisadi fəaliyyət qaydaları, 0,6 faizi ticarət qaydaları əleyhinə olan, 2,1 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar, 15,1 faizi isə digər inzibati xətalarla bağlı olub.

2018-ci ildə baxılmış işlərin 62,9 faizi üzrə inzibati məsuliyyət tədbiri tətbiq edilib, 28,2 faizinin icraatına xitam verilib, 8,4 faizi üzrə inzibati xəta törətmiş şəxslərin materialları əlavə yoxlanış üçün qaytarılıb, 0,5 faizi üzrə isə materiallar aidiyyəti üzrə göndərilib.

İnzibati məsuliyyət tədbiri tətbiq edilməsi haqqında qərarlara əsasən məsuliyyətə cəlb edilmiş şəxslərin sayı əvvəlki illə müqayisədə 12,8 faiz artaraq 39094 nəfər olub. İnzibati məsuliyyətə cəlb edilmiş şəxslərin 48,0 faizinə inzibati cərimə, 26,5 faizinə fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması, 21,6 faizinə inzibati həbs, 2,4 faizinə ictimai işlər, 1,5 faizinə isə digər tənbeh növləri tətbiq edilib.

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR