• HADİSƏ

    18:05 26 aprel 2019

Azərbaycana külli miqdarda brilyant gətirən Türkiyə vətəndaşının məhkəməsi başlayır

Qacaqmalçılıqda təqsirləndirilən Türkiyə Respublikasının vətəndaşı Ecer Bilalın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

ONA-nın xəbərinə görə, cinayət işi materialları baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib. Hakim Əkrəm Qəhrəmanovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası yaxın vaxtlarda təyin olunacaq.

Qeyd edək ki, ötən il noyabrın 3-də İstanbul-Bakı aviareysinin sərnişini, Ecer Bilal gömrük nəzarət zonasına daxil olarkən müvafiq qanunvericiliyə əsasən, mütləq qaydada bəyan etməli olduğu malları əvvəlcədən gömrük orqanına elektron və ya yazılı formada bəyan etməyib.

Yoxlama zamanıonun çantasında 95 qram 2 638 ədəd brilyant qaşlar aşkarlanıb.

Etibar

Teqlər:

SON XƏBƏRLƏR