"Azərbaycanda cəza siyasətinin humanistləşdirilməsi 6 mindən çox məhkuma şamil edilib".
ONA-nın xəbərinə görə, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib.
R. Rzayev qeyd edib ki, onlardan 1700-dən çox məhkum cəzadan tamamilə azad edilib, 2500-dən çox məhkumun cəza müddəti azaldılıb, 390-dan çox məhkumun cəzaçəkmə müəssisənin növü dəyişdirilərək yüngülləşdirilib.