Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və qanunsuz sahibkarlıqda təqsirləndirilən "Azərbaycanda Amerika Məktəbi” Tədris Mərkəzinin rəhbəri Elvin Məmmədzadənin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
ONA xəbər verir ki, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı aprelin 2-nə təyin edilib.
Qeyd edək ki, "Azərbaycanda Amerika Məktəbi” ("American School in Azerbaijan -ASIA”) Tədris Mərkəzinin rəhbəri Elvin Məmmədzadə dələduzluq ittihamı ilə Baş Prokurorluq yanında Baş Korrupsiya İdarəsi tərəfindən saxlanılıb.
E.Məmmədzadə ABŞ-da xarici dil kurslarına göndərmək adı ilə 77 nəfərə qarşı dələduzluqda ittiham olunur.