• HADİSƏ

    11:14 13 mart 2019

"Azərbaycanda Amerika Məktəbi”nin rəhbərinin məhkəməsi başlayır

Dələduzluqda təqsirləndirilən "Azərbaycanda Amerika Məktəbi” ("American School in Azerbaijan -ASIA”) Tədris Mərkəzinin rəhbəri Elvin Məmmədzadənin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

ONA-nın məlumatına görə, E. Məmmədzadənin cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim İlham Mahmudovun icraatına verilib. İş üzrə 77 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Qeyd edək ki, E. Məmmədov Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb. ABŞ səfirliyinin yaxınlığında, Azadlıq prospektində yerləşən "Azərbaycanda Amerika Məktəbi” Tədris Mərkəzinin rəhbəri E. Məmmədzadə 2 il ərzində ABŞ-da xarici dil kurslarına göndərmək vədi ilə vətəndaşları aldatmaqda ittiham olunur. İddia olunur ki, E.Məmmədzadə ABŞ-dakı xarici dil kurslarında oxumaq istəyən şəxslərin hər birindən viza və təhsil haqqı üçün 4 min dollar alıb. Lakin o vədini yerinə yetirməyib.

Dələduzluqla üzləşən şəxslərin bir qrupu Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edib və bundan sonra E. Məmmədzadə saxlanılıb.

Teqlər:

SON XƏBƏRLƏR