• HADİSƏ

    10:12 27 fevral 2019

Azərbaycanda ana və körpəsi ölüb

Ucar sakini qeysəriyyə əməliyyatından sonra dünyasını dəyişib.

ONA-nın Aran bürosunun verdiyi məlumata görə, Ucar rayon Lək kənd sakini, 1984-cü il təvəllüdlü Aynur Tərlan qızı Abbasova bir neçə gün əvvəl doğuşla əlaqədar Ucar Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Qadının vəziyyəti ağır olduğundan o təcilli Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

A.Abbasovanın üzərində qeysəriyyə əməliyyatı aparılarkən körpənin ana bətnində öldüyü məlum olub.

Əməliyyatdan bir neçə gün sonra A.Abbasova xəstəxanada dünyasını dəyişib.

Məlumata görə, A.Abbasova ailə həyatı qurandan 6 il sonra hamilə qalıbmış.

Zahid Abışov

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR