Azərbaycanda oğurluqda şübhəli bilinərək axtarışa verilən şəxs tutulub.
ONA-nın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3 maddələri ilə axtarışda olan Balakən rayonunun Tülü kənd sakini 40 yaşlı Etibar Bayramov saxlanılıb.
O, aidiyyatı üzrə istintaqa təhvil verilib.