• HADİSƏ

    20:04 3 aprel 2019

"Qırmızı kitab”a düşən ayını ovlayan dəstə üzvlərinin məhkəməsi başlayır

İsmayıllıda qanunsuz ov etmədə təqsirləndirilən Rahim Kazımov, Səfər Səfərov, Asəf Hacıyev, Nüsrət Səfərov, Mühasib Nuriyev və Rasid Talıbovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

ONA xəbər verir ki, cinayət işi baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilib. İşə hakim Rəfayel Şirinovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, ötən il noyabrın 17-də İsmayıllı rayonunun Basqal meşəbəyliyinin ərazisində adı "Qırmızı kitab”a düşmüş qonur ayının naməlum şəxslər tərəfindən ovlanması barədə "Şahdağ Milli Parkı”ndan İsmayıllı Rayon Polis Şöbəsinə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qonur ayını ovlamaqda şübhəli bilinən 6 nəfər müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların rayonun Tircan kənd sakinləri Rasid Talıbov, Rahim Kazımov, Ağsu rayon sakinləri Mühasib Nuriyev, Asəf Hacıyev, Nüsrət Səfərov və qardaşı Səfər olduqları müəyyən edilib.

R.Talıbovdan, R.Kazımovdan, A.Hacıyevdən, N.Səfərovdan və qardaşı Səfərdən 4 ədəd "İJ” və 1 ədəd "Lavrona” markalı ov tüfəngləri götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 258-ci (Qanunsuz ov etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Teqlər:

SON XƏBƏRLƏR