• HADİSƏ

    10:26 26 aprel 2019

Azərbaycanda bağça müdirinin ölümü ilə bağlı cinayət işi başlanıb

Ağcabədidə bağça müdirinin ölümü ilə bağlı cinayət işi başlanıb.

ONA-nın məlumatına görə, Ağcabədi rayonu, Kəbirli kənd sakini, 1968-ci il təvəllüdlü Sevil Saleh qızı Məmmədovanın yaşadığı evin hamamında dəm qazından boğularaq ölməsi faktı ilə bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Araşdırmalar zamanı müəyyən edilib ki, hamam otağında quraşdırılmış qazla işləyən su qızdırıcısının tüstü borusunda quşlar yuva qurub, bunun nəticəsində dəm qazı içəri sızıb.

Hazırda başlanmış cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, dəm qazından boğularaq ölən S.Məmmədova Kəbirli kənd uşaq bağçasının müdiri olub.

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR