Azərbaycanda bankdan qanunsuz yolla kredit alan sahibkar cinayət məsuliyyətinə cəlb edilib
  • HADİSƏ

  • 17:47 14 May 2019

Azərbaycanda bankdan qanunsuz yolla kredit alan sahibkar cinayət məsuliyyətinə cəlb edilib

Bankdan qanunsuz yolla kredit alan Quryanov Səbuhi Süleyman oğlu barəsində cinayət işi başlanıb.

ONA-nın xəbərinə görə, S. Quryanov Cinayət Məcəlləsinin 195.2 (Qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham edilir.

İş üzrə zərərçəkmiş şəxs qismində “Accessbank” Qapalı Səhmdar Cəmiyyəti tanınıb. S.Quryanovun cinayət işi baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.

Etibar Məmmədli

Teqlər: məhkəmə bank bütün xəbərlər

OXŞAR XƏBƏRLƏR