• HADİSƏ

    14:25 10 aprel 2019

Azərbaycanda baş verən yol-nəqliyyat hadisələrinin sayı azalıb

2019-cu ili ilk üç ayı ərzində Azərbaycanda 374 yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə ONA-ya Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev məlumat verib.

Onun sözlərinə görə, qəzalar nəticəsində 142 nəfər həlak olub, 342 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

R.Quliyev qeyd edib ki, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanda yol-nəqliyyat hadisələrinin və qəza zamanı ölənlərin sayında azalma qeydə alınıb. Belə ki, ötən ilin ilk üç ayında ölkədə 376 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 162 nəfər ölüb, 343 nəfər yaralanıb.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR