• HADİSƏ

    18:38 17 iyul 2019

Azərbaycanda bu il 2512 məhkumun cəza müddəti azaldılıb

Bu ilin 6 ayı ərzində Azərbaycanda 655 məhkum cəza çəkməkdən azad olunub.

ONA-nın məlumatına görə, bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidməti Baş İdarəsində 2019-cu ilin birinci yarımilliyinin yekunlarına həsr olunan əməliyyat müşavirəsində Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Oqtay Məmmədov bildirib.

Rəis müavini qeyd edib ki, 6 ayda 402 məhkum, o cümlədən azadlıqdan məhrum etmə cəzasını çəkən 399 məhkum cəzanın qalan hissəsini çəkməkdən azad edilib, 3 məhkumun isə ömürlük azadlıqdan məhrum etmə cəzası müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib: “Hesabat dövründə penitensiar müəssisələrdə cəza çəkən 6549 məhkum barədə müvafiq sənədlər məhkəmələrə təqdim edilib. Məhkəmə qərarları əsasında 655 məhkum cəza çəkməkdən azad olunub, 2512 məhkumun cəza müddəti azaldılıb, 437 məhkumun cəzaçəkmə rejimi dəyişdirilib”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR