• HADİSƏ

    13:19 1 aprel 2019

Ötən ay ölkədə 479 ədəd partlamamış sursat aşkarlanıb

Azərbaycanda mart ayı ərzində 479 ədəd partlamamış sursat aşkarlanıb.

Ərazilərin Minalardan Təmizlənməsi Agentliyindən ONA-ya verilən məlumata görə, 2019-cu ilin mart ayı ərzində Agentlik tərəfindən Abşeron, Ağdam, Ağstafa, Astara, Cəbrayıl, Daşkəsən, Füzuli, Xızı, Qazax, Şamaxı, Tərtər, Tovuz, Yevlax rayonları, Bakı, Gəncə, Sumqayıt və Naftalan şəhərləri ərazisində 533,221 m² (53.32 ha) ərazi yoxlanılıb, 463 ədəd partlamamış hərbi sursat (PHS), 12 ədəd piyada əleyhinə mina və 4 ədəd tank əleyhinə mina (cəmi 479 ədəd) aşkar edilərək zərərsizləşdirilib.

Əməliyyatlarda 475 nəfər əməliyyat heyəti, 132 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edib.

İndiyədək cəmi 533,435,430 m² (53,343.5 ha) ərazi təmizlənib, 802,894 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.

Mart ayı ərzində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən - 2 (iki), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən - 20 (iyirmi), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Rayon Polis Şöbələrindən (RPŞ) - 3 (üç), Dövlət Sərhəd Xidmətindən (DSX) - 2 (iki) müraciət daxil olub (cəmi 27 çağırış). Müraciətlər əsasında 25 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Abşeron, Ağdam, Ağstafa, Astara, Daşkəsən, Xızı, Qazax, Şamaxı, Tərtər, Tovuz, Yevlax rayonları, Bakı, Sumqayıt və Naftalan şəhərləri ərazisində 71,640 kv.m ərazi yoxlanılıb, 331 ədəd partlamamış hərbi sursat (PHS), 8 ədəd piyada əleyhinə mina və 2 ədəd tank əleyhinə mina (cəmi 341 ədəd) aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

2019-cu ilin mart ayı ərzində minadan zərərçəkmə hadisəsi qeydə alınmayıb.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR