• HADİSƏ

    18:46 23 may 2020

Azərbaycanda pandemiya dövründə 624 məhkum azadlığa buraxılıb

COVİD-19 virusuna yoluxmuş tək-tək məhkumların tam əksəriyyəti artıq sağalıb və karantindən çıxıb.

APA-nın məlumatına görə, bunu Ədliyyə naziri Fikrət Məmmədov Penitensiar və Tibb xidmətlərinin rəhbərliyinin, cəzaçəkmə müəssisələri rəislərinin, habelə Nazirliyin digər aidiyyəti məsul işçilərinin iştirakı ilə videokonfrans formatında keçirilən əməliyyat müşavirəsində bildirib.

Nazir hazırda bütün lazımi profilaktik tədbirlərin davam etdirildiyi və vəziyyətin tam nəzarətdə saxlanıldığını deyib.

F.Məmmədov bu sahədə nazirlik tərəfindən yaradılmış vətəndaş cəmiyyəti nümayəndələrinin daxil olduğu xüsusi monitorinq qrupunun fəaliyyətini qeyd edib.

Nazir penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsinə və cəza siyasətinin humanistləşdirilməsinə dair ölkə Prezidentinin 2017-ci il 10 fevral tarixli Sərəncamının müstəsna əhəmiyyətini qeyd olunaraq, bu sahədə görülən işlərə toxunub.

Fikrət Məmmədov dövlət başçısının humanist siyasətinin təzahürü olaraq aprelin 6-da imzaladığı Əfv Sərəncamı ilə yaşı 65-dən yuxarı olan 176 nəfər məhkumun azadlığa buraxıldığı vurğulayıb.

Qeyd edək ki, Ədliyyə Nazirliyinin Mətbuat xidmətinin məlumata görə, Azərbaycanda pandemiya dövründə 624 məhkum azadlığa buraxılıb.

Məhkumları vaxtından əvvəl şərti azadetmə institutu pandemiya dövründə geniş tətbiq olunaraq 624 məhkumun azadlığa buraxıldığı, 310 həbs edilmiş şəxsin isə ev dustaqlığı və digər alternativ qətimkan tədbirlərinin tətbiqi nəticəsində həbsdən azad edilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR