• HADİSƏ

    18:35 3 iyun 2019

Futbol üzrə Azərbaycan milli komandasının sabiq kapitanına qarşı dələduzluq edənlərə hökm oxundu

Dələduzluqda təqsirləndirilən Çingiz Bağırov və Eynur Xudiyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

ONA-nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən E.Xudiyev 11 il və Ç.Bağırov isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, “Bakı” MTK-nın vəzifəli şəxsləri - Ç.Bağırovla E.Xudiyev başqasına satılan mənzili təkrarən bir neçə nəfərə sataraq dələduzluq ediblər.

Belə ki, onlar Ruslan Babayevin adına olan Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində yerləşən mənzili 2014-cü il dekabrın 10-da Siyavuş Dadaşova 166 min 600 manata satıblar. Həmin mənzili dekabrın 30-da isə 180 min dollara Ramiz Hüseynova satıblar. Cinayət işi üzrə zərərçəkmişlər arasında futbol üzrə Azərbaycan milli komandasının sabiq kapitanı, “Qarabağ”ın sabiq futbolçusu, hazırda “Səbail” klubunda çıxış edən Rahid Əmirquliyev də var. Onun aldığı iki mənzil də başqa şəxslərə satılıb. R.Əmirquliyevə, ümumilikdə, 150 min manatdan çox ziyan dəyib.

Səlcuq

Teqlər:

SON XƏBƏRLƏR