Azərbaycan hökumətinin İran İslam Respublikasına göndərdiyi humanitar yük karvanı İranın Rəşt şəhərinə çatıb.
ONA-nın humanitar yardım karvanını müşayiət edən əməkdaşı xəbər verir ki, yardım burada İran Qızıl Aypara Cəmiyyətinin bazasına boşaldılaraq, təbii fəlakətdən zərər çəkən daşqın zonalarına göndəriləcək.
Qeyd edək ki, İranda aramsız yağışlar nəticəsində yaranan təbii fəlakətlə əlaqədar Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan hökuməti İran İslam Respublikasına 950 min manatlıq humanitar yardım göndərib.