• HADİSƏ

    11:32 27 yanvar 2023

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub, bir nəfər öldürülüb, iki nəfər yaralanıb - FOTO

Bu gün səhər saat 8.30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən və ya edənlərin avtomat silahı ilə silahlandığı bildirilir. Nəticədə səfirliyin mühafizəsinin bir əməkdaşı qətlə yetirilib, bir nəfər yaralanıb.

ONA diplomatik kanallara istinadən xəbər verir ki, hücum edən şəxs saxlanılıb.

İran tərəfi məsələ ilə əlaqədar araşdırmalara başlayıb.

Tehranın polis rəisi Azərbaycan səfirliyinə silahlı hücum barədə açıqlama verib.

APA-nın Tehran müxbiri yerli “Mehr” agentliyinə istinadən xəbər verir ki, Tehranın polis rəisi Sərdar Hüseyn Rəhimi Azərbaycan səfirliyinə silahlı hücum edən şəxsin həbs olunduğunu deyib.

"Bu gün səhər saatlarında Azərbaycan səfirliyinə daxil olan şəxs odlu silahdan atəş açıb, nəticədə bir nəfər ölüb, iki nəfər yaralanıb.

Polisin çevik hərəkəti ilə hücum edən şəxs dərhal həbs edilib və istintaq davam edir.

Hücum edən şəxs səfirliyə iki azyaşlı övladı ilə gedib. Təcavüzkar ilkin istintaqda motivin şəxsi və ailə problemləri olduğunu bildirib”, - deyə polis rəisi vurğulayıb.

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub, ölən və xəsarət alan var, hücum edən şəxs tutulub - VİDEO  - YENİLƏNİB Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub, ölən və xəsarət alan var, hücum edən şəxs tutulub - VİDEO  - YENİLƏNİB Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub, ölən və xəsarət alan var, hücum edən şəxs tutulub - VİDEO  - YENİLƏNİB Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub, ölən və xəsarət alan var, hücum edən şəxs tutulub - VİDEO  - YENİLƏNİB

ONA

Teqlər:

SON XƏBƏRLƏR