Prezident İlham Əliyev Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
ONA-nın xəbərinə görə, sərəncama əsasən, Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə aşağıdakı kino xadimlərinə Azərbaycan Respublikasının fəxri adları verilib:
“Xalq artisti”
Əliyev Vidadi Hüseyn oğlu
Həsənov Vidadi İsmail oğlu
Quliyeva Xalidə Camal qızı
“Əməkdar incəsənət xadimi”
Azay Adil Çərkəz oğlu
“Əməkdar artist”
Əlilicanzadə Qorxmaz Məmməd oğlu
Namazov Zilli Yunus oğlu
“Əməkdar mədəniyyət işçisi”
Ağayev Nəsir İsmayıl oğlu
Dadaşova Nelli Hacı qızı
Hüseynov Nazim Fikrət oğlu
Quliyev Babək Barat oğlu
Mahmudova Zəkiyyə Güləmi qızı
Məmmədov Əli Bala Ənvər oğlu
Muxtarova Tamilla Muxtar qızı
Prezident İlham Əliyev Azərbaycan kino sahəsi işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında da sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycanda kino sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:
Ağayev Xanlar Ağakərim oğlu
Həsənov Mahir Məhəmməd oğlu
Hüseynov Əlisəfdər Mürsəl oğlu.
Dövlət başçısı Azərbaycanın kino xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam da imzalayıb. Sərəncama əsasən Azərbaycan kino sənəti sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilir:
Babayeva Zemfira Baba qızı
Sadıxova Zemfira Emin qızı.