Rusiyanın Fövqəladə Hallar Nazirliyi Azərbaycanın Moskvadakı səfirliyi ərazisində yanğın baş verməsi haqqında məlumatı araşdırır.
ONA-nın xəbərinə görə, bu barədə “TASS” məlumat yayıb.
“Yanğından mühafizə xidmətinə Moskvanın mərkəzində yerləşən Azərbaycan səfirliyi ərazisində yanğının baş verməsi barədə məlumat daxil olub. FHN hazırda bu məlumatı araşdırır”, - məlumatda belə deyilir.
ONA-nın Moskva bürosunun əməkdaşı isə bildirib ki, hazırda səfirlikdə keçirilən tədbirdə iştirak edir: “Səfirlikdə gün ərzində hər hansı yanğın müşahidə edilməyib. Sadəcə, Rusiya FHN-ə səfirliyin yerləşdiyi ünvanda yanğının baş verməsi barədə məlumat daxil olduğunu bildiriblər. Səfirlikdən isə bildiriblər ki, bu məlumat yalandır və səfirlik tərəfindən hər hansı yanğın çağırışı edilməyib. Azərbaycanın Rusiyadakı səfirliyində heç bir yanğın qeydə alınmayıb".