• HADİSƏ

    16:09 7 may 2019

"Azercell" icra hakimiyyətini məhkəməyə verib

“Azercell Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Tərtər Rayon İcra Hakimiyyətinə qarşı borc tələbinə dair iqtisadi mübahisəyə baxılıb.

ONA-nın xəbərinə görə, Gəncə İnzibati-İqtisadi Məhkəməsində hakim Aygül İsgəndərovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, iddia təmin edilib.

Qeyd edək ki, “Azercell Telekom” MMC borclu Tərtər Rayon İcra Hakimiyyətindən iddiaçının hesabına ödənilməmiş borca görə 468 manat pul məbləğinin tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş edilib.

Etibar

Teqlər:

SON XƏBƏRLƏR